Sükan arxasında telefonla oynayan avtobus sürücüsü VİDEO


Digərləri 25 Noy 2019 12:12:00 343 0

Sükan arxasında telefonla oynayan avtobus sürücüsü  VİDEO

Paytaxtda fəaliyyət göstərən marşrut avtobusu sürücüsünün təhlükəli hərəkətlərini sərnişinlərdən biri videoya çəkərək redaksiyamızın elektron ünvanına göndərib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın mərkəzi küçəsi ilə hərəkət edən 99-JR-210 qeydiyyat nişanlı "Daewoo" markalı marşrut avtobusunun sürücüsü, nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edərək fikrini yoldan yayındırıb. O, telefonla məşğul olduqdan sonra kiminləsə əlaqə saxlayaraq danışmağa başlayıb. Bu zaman sürücü hər iki əlini sükandan çəkərək avtobusu idarə edib.

Sürücünün bu hərəkəti yolverilməzdir. Ani bir diqqətsizlik ağır yol nəqliyyat hadisəsinə səbəb ola və sərnişinlərin xəsarət alması ilə nəticələnə bilər.