Bibiheybətdə təmirbərpa işləri qısamüddətli olmayacaq AAYDA


Digərləri 25 Noy 2019 12:22:00 272 0

Bibiheybətdə təmirbərpa işləri qısamüddətli olmayacaq  AAYDA

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində iki gün öncə çatlar əmələ gəlmişdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və nəzarət altında saxlanılıb: "Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".

A.Nəcəfli bildirib ki, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir: "İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlərin görülməsi nəzərdə tutulur. Sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir: Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".

Son.az