Rusiyada şaxtada yanğın olub:


Dünya 25 Noy 2019 12:25:00 358 0

Rusiyada şaxtada yanğın olub:

Rusiyanın Komi respublikasında yerləşən kömür şaxtasında yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə zamanı şaxtada 45 nəfər olub ki, onlardan 33 nəfəri ərazidən çıxarılıb, 9 nəfər isə şaxtada təhlükəsiz ərazidədir.

Hadisə nəticəsində 3 nəfər fəhlə itkin düşüb, artıq onlardan bir nəfəri sağ tapılıb. Hazırda xilasedicilər tərəfindən itkin düşmüş 2 nəfərin axtarışı aparılır.