Dirəyə çırpılan “Audi” az qaldı ikiyə bölünsün FOTO


Dünya 25 Noy 2019 12:03:00 293 0

Dirəyə çırpılan “Audi” az qaldı ikiyə bölünsün  FOTO

Türkiyənin Qaraman vilayətində 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Qaraman-Konya magistralının üzərində yerləşən avtovağzal körpüsünün alt yolunda qeydə alınıb.

Məlumata görə, Həsən B.-nin (30) idarə etdiyi 70 AB 070 qeydiyyat nömrə nişanlı "Audi" markalı minik avtomobili idarəetmədən çıxaraq istiqamət bildirici lövhənin dirəyinə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Çağırışla hadisə yerinə gələn xilasedicilər sıxışaraq sükan arxasından qalmış sürücünün güclə oradan çıxara biliblər. Ağır yaralanan Həsən B. ambulansla Qaraman Dövlət Xəstəxanasına çatdırılıb.