Gürcüstanda parlament binasının təhlükəsizliyi gücləndirilib


Dünya 25 Noy 2019 11:33:30 279 0

Gürcüstanda parlament binasının təhlükəsizliyi gücləndirilib

Tbilisidə Gürcüstanın parlament binasının təhlükəsizliyi gücləndirilib

Gürcüstanda parlament binasının təhlükəsizliyi gücləndirilib.

“Report”un yerli bürosu xəbər verir ki, səhər saatlarından etibarən qanunverici orqanın daxili həyətində bir neçə polis maşını, avtobus, təcilli tibbi yardım maşınları yerləşdirilib.

Təhlükəsizlik tədbirləri müxalifət partiyaları və ictimai təşkilatların bu gün saat 19:00-a təyin etdikləri aksiya ilə bağlıdır. Askiya təşkilatçıları parlament binasını bloklamağı planlaşdırdıqlarını bildiriblər.