Azərbaycan 10 İran vətəndaşını ölkəsinə ekstradisiya edib


Dünya 25 Noy 2019 11:49:31 420 0

Azərbaycan 10 İran vətəndaşını ölkəsinə ekstradisiya edib

Bu barədə İranın insan hüquqları və beynəlxalq münasibətlər üzrə ədliyyə nazirinin müavini Mahmud Abbasi bildirib

Azərbaycan narkotik qaçaqmalçılığına və qanunsuz olaraq Azərbaycana daxil olduqlarına görə məhkum olunan 10 İran vətəndaşını ölkəsinə ekstradisiya edib.

"Report" İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə İranın insan hüquqları və beynəlxalq münasibətlər üzrə ədliyyə nazirinin müavini Mahmud Abbasi bildirib.