Bakıda avtobus yük maşını ilə toqquşdu - 1 qadın xəsarət alıb


Digərləri 25 Noy 2019 11:40:00 292 0

Bakıda avtobus yük maşını ilə toqquşdu - 1 qadın xəsarət alıb

Bakı Nəqliyyat Agentliyi Bakıda marşrut avtobusunun qəzaya uğramasını təstiqləyib.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi Bakıda marşrut avtobusunun qəzaya uğramasını təstiqləyib. Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, bu gün səhər saatlarında “Çinar-Trans” MMC-nin müvəqqəti istismarında olan 160 saylı marşrut xətti üzrə 99 LZ 275 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib: "Daşıyıcının verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər qadın xəsarət alıb. Hadisə ilə bağlı izahat verməsi üşün “Çinar-Trans” MMC-nin rəhbərliyi Agentliyə çağırılıb. Xatırladaq ki, hadisə bu gün səhər saat 07:30 radələrində baş verib. (adsgarden = window.adsgarden || []).push({}); Sərnişin avtobusu yük maşını ilə toqquşub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin