USAID: Azərbaycanın qida təhlükəsizliyi sahəsində səmərəli sistem qurmasını alqışlayırıq


Digərləri 25 Noy 2019 10:55:02 297 0

USAID: Azərbaycanın qida təhlükəsizliyi sahəsində səmərəli sistem qurmasını alqışlayırıq

Azərbaycan hökumətinin qida təhlükəsizliyi sahəsində effektiv və səmərəli bir sistem qurmasını alqışlayırıq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan hökumətinin qida təhlükəsizliyi sahəsində effektiv və səmərəli bir sistem qurmasını alqışlayırıq. Trend-in məlumatına görə, bunu qida əlavələrinin təhlükəsizliyinə həsr olunan beynəlxalq seminarda USAID-n Azərbaycan üzrə missiyasının direktor əvəzi Eileen Louless deyib. Onun sözlərinə görə, USAID Azərbaycanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq etməkdən çox məmnundur. Təşkilat eyni zamanda, bu sahədə təcrübəsini paylaşmaq üçün özəl sektorla da əməkdaşlığa hazırdır: "USAID Azərbaycana, xüsusilə kənd təsərrüfatı, qida sənayesi və s. sahəsinin inkişafına dəstək göstərib. Biz Azərbaycan hökumətinin müxtəlif qurumları ilə əməkdaşlıq edərək aqrobiznes sektorunun inkişafına dəstək göstərəcəyik. Bundan əlavə, Azərbaycandakı aqrobiznes sektoruna dəstək olaraq, onların beynəlxalq standartlara uyğunlaşmasına və beynəlxalq ixrac sertifikatları əldə etməsinə kömək edəcəyik. Bu da öz-özlüyündə Azərbaycanda istehsalın keyfiyyətini artıracaq. Bu işlər müasir dünyada alıcıların marağına cavab verir". E.Louless əlavə edib ki, qida təhlükəsizliyi insan sağlamlığı üçün çox vacib elementdir. Lakin son illərdə qida təhlükəsizliyi məsələləri daha çox aktuallaşıb.