Anası və bacısı intihar edən Aytəni qardaşı aldadaraq qəbiristanlığa çağırıb - TƏFƏRRÜAT


Sosial 25 Noy 2019 10:41:56 56 0

Anası və bacısı intihar edən Aytəni qardaşı aldadaraq qəbiristanlığa çağırıb - TƏFƏRRÜAT

Abşeron rayonunda qardaşın bacısının boğazını kəsərək qətlə yetirməsi hadisəsinin təfərrüatı məlum olub.

Aytən Fərzalıyeva

Abşeron rayonunda qardaşın bacısının boğazını kəsərək qətlə yetirməsi hadisəsinin təfərrüatı məlum olub.

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə “Report”a bildirib ki, bir neçə il bundan əvvəl 1999-cu il təvəllüdlü Aytən Fərzalıyevanın anası və bacısı Yasamal rayon ərazisində yaşadığı mənzildə intihar edib.

O qeyd edib ki, həmin hadisədən sonra A.Fərzalıyeva uşaq sığnacağına yerləşdirilib:“Həmin vaxt Aytənin 15 yaşı vardı. Onun anası ilə bacısı atasının təziqlərinə dözməyərək yaşadığı mənzildən özlərini ataraq intihar edib. Atası da bu işə görə həbs edilib. Biz bir dəfə Aytəni onun anası ilə bacısının qəbri üstünə aparmışdıq. Sonra Aytən bir nəfərləqeyri-rəsmi nikahdayaşayırdı, ondan da uşaq dünyaya gətirdi. Qızın qardaşı hərbi xidmətdən gələndən sonra Aytənlə danışmağa başladı. Bu barədə Aytənin özü mənə demişdi ki, qardaşı ilə ev məsələlərini həll etmək istəyir. Mən də dedim ki, “gəl, sən əvvəl öz sənədlərini düzəltdir”. Çünki onun ancaq doğum haqqında şəhadətnaməsi vardı. Uşağı dünyaya gələndən sonra hələ də sənəd ala bilməmişdi”.

K.Ağazadə söyləyib ki, A.Fərzalıyeva dünən qardaşı Babək Fərzalıyevlə görüşüb:“Mən bildiyim qədəri ilə qardaşı onu aldadıb, anası və bacısının qəbri üstünə aparıb. Sonra da qızı öldürüb. Onların görüşü barədə mənə məlumatı dünən gecə Aytənin qayınanası dedi. Yenə də səbəb olacaq ki, guya qardaş bacısını namus üstündə öldürüb. Onlar hansı namus, hansı qeyrətdən danışırlar? Aytən balaca olanda kafedə işləyib, evə atasına pul aparırdı. O, məktəbə getmirdi. Anası çox fağır bir qadın olub. Onların evlərində həmişə qalmaqal, şiddət olurdu. Belə də qisas olar? Qardaş onu aldadaraq aparıb öldürüb. Mənə elə gəlir ki, bu işdə onun atasının da əli var”.

Qeyd edək ki, rəsmi məlumata əsasən,noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlüBabək Fərzalıyev 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı boğazını kəsərəköldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin B.Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

A.Fərzalıyevanın azyaşlı körpəsi var.

“Sədərək”in girişində maşınlar suyun altında qaldı  FOTO like
  • 25 Noy 10:41  
Digərləri “Sədərək”in girişində maşınlar suyun altında qaldı FOTO

Son günlər yağan yağışlardan sonra vətəndaşlar xeyli çətinliklə qar

arrow Ətraflı
“ASAN Xidmət”ə müraciətlərin sayı 34 milyonu keçib like
  • 25 Noy 10:40  
İqtisadiyyat “ASAN Xidmət”ə müraciətlərin sayı 34 milyonu keçib

Bu günə qədər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovas

arrow Ətraflı
Gürcüstanda seçki sistemi ilə bağlı referendum keçirilməsi təklif olunub like
  • 25 Noy 10:36  
Dünya Gürcüstanda seçki sistemi ilə bağlı referendum keçirilməsi təklif olunub

Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı ref

arrow Ətraflı
Müsavat funksioneri jurnalisti hədələdi, like
  • 25 Noy 10:35  
Digərləri Müsavat funksioneri jurnalisti hədələdi,

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı mühacir alveri qalmaqa

arrow Ətraflı
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz like
  • 25 Noy 10:35  
Digərləri “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyy

arrow Ətraflı
Cəlilabad sakini ehtiyatsızlıqdan özünü güllələyib like
  • 25 Noy 10:33  
Sosial Cəlilabad sakini ehtiyatsızlıqdan özünü güllələyib

Cəlilabad rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

arrow Ətraflı
Yol polisi sürücülərə xəbərdarlıq edib like
  • 25 Noy 10:32  
Sosial Yol polisi sürücülərə xəbərdarlıq edib

Yol polisi sürücülərə&xəbərdarlıq edib.

arrow Ətraflı
Politoloq: "Sumqayıt hadisələri ermənilərin özlərinə qarşı törətdiyi cinayət idi" like
  • 25 Noy 10:32  
Siyasət Politoloq: "Sumqayıt hadisələri ermənilərin özlərinə qarşı törətdiyi cinayət idi"

Əldə olan faktlara, dəlil və sübutlara istinad edərək, ermənilərin Sumq

arrow Ətraflı
Eldar Əzizov sürüşmə baş verən əraziyə getdi like
  • 25 Noy 10:31  
Digərləri Eldar Əzizov sürüşmə baş verən əraziyə getdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibihe

arrow Ətraflı
Yol polisindən vacib XƏBƏRDARLIQ - Əks halda 40 manat cərimə like
  • 25 Noy 10:30  
Digərləri Yol polisindən vacib XƏBƏRDARLIQ - Əks halda 40 manat cərimə

Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının gör

arrow Ətraflı
Dələduzluq və rüşvətə təhriketmədə təqsirli bilinən sabiq polis kassasiya şikayəti verib like
  • 25 Noy 10:28  
Sosial Dələduzluq və rüşvətə təhriketmədə təqsirli bilinən sabiq polis kassasiya şikayəti verib

Rüşvətə təhriketmə və dələduzluqda təqsirli bilinən sabiq polis əmə

arrow Ətraflı
Müsavat funksioneri jurnalisti hədələdi, jurnalist isə ortaya yeni FAKT qoydu like
  • 25 Noy 10:28  
Digərləri Müsavat funksioneri jurnalisti hədələdi, jurnalist isə ortaya yeni FAKT qoydu

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı mühacir alveri qalmaqa

arrow Ətraflı
Suraxanıda avtomobil yoldan çıxaraq aşdı  VİDEO  FOTO like
  • 25 Noy 10:27  
Digərləri Suraxanıda avtomobil yoldan çıxaraq aşdı VİDEO FOTO

Bakının Suraxanı rayonunda avtomobil aşıb.

arrow Ətraflı