Abşeronda qardaş bacısının başını qəbiristanlıqda kəsdi FOTO


Digərləri 25 Noy 2019 10:03:00 298 0

Abşeronda qardaş bacısının başını qəbiristanlıqda kəsdi  FOTO

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.