Cəlilabad sakini ehtiyatsızlıqdan özünü güllələyib


Sosial 25 Noy 2019 10:33:45 304 0

Cəlilabad sakini ehtiyatsızlıqdan özünü güllələyib

Cəlilabad rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Cəlilabad rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kövüzbulaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, həmin kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Orxan Arzuman oğlu tüfəngi təmizləyən zaman özünə xəsarət yetirərək ayağından yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona müfaviq tibbi yardım göstərilib.

Daha sonra müalicəsini davam etdirmək üçün paytaxt xəstəxanalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.