Azərbaycanda daha bir universitet tələbəsi


Digərləri 25 Noy 2019 10:15:00 356 0

Azərbaycanda daha bir universitet tələbəsi

Şəkidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dərmandan zəhərlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, noyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Aytac Zülfüqar qızı Əhmədova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 19 yaşlı A.Əhmədovanın dərmandan zəhərlənməsi məlum olub. A.Əhmədovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Qeyd edək ki, A.Əhmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 3-cü kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.