Politoloq: "Sumqayıt hadisələri ermənilərin özlərinə qarşı törətdiyi cinayət idi"


Siyasət 25 Noy 2019 10:32:00 59 0

Politoloq: "Sumqayıt hadisələri ermənilərin özlərinə qarşı törətdiyi cinayət idi"

Əldə olan faktlara, dəlil və sübutlara istinad edərək, ermənilərin Sumqayıt ermənilərinə qarşı törətdikləri cinayəti dünyada təbliğ etmək lazımdır.

Son.az xəbər verir ki, bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, 1988-ci ilin fevralında Sumqayıtda baş verənlər göstərdi ki, ermənilər toplum olaraq şizofreniyadan əziyyət çəkirlər. Erməni separatçıları və terrorçuları Sumqayıtda öz xalqının nümayəndələrinə qarşı sözün əsl mənasında qətliam törətməklə Azərbaycana qarşı aparılacaq informasiya mübarizəsinin arsenalını formalaşdırmağa çalışmışlar: "Bununla yanaşı, Sumqayıt hadisələri bir daha sübut etdi ki, ermənilər genetik "keyfiyyətlərini" qoruyub saxlayırlar, nəsildən nəslə ötürürlər. Yəni ermənilər həmişə kiminsə aləti olmaq üçün yaranmış bir xalqdır. Təxribatlar, terror aktları törətmək ermənilərin yeganə bacarığıdır. Düzdür, ermənilər Sumqayıt təxribatını törətməklə Dağlıq Qarabağ iddialarını gerçəkləşdirmək üçün əlavə dəstək almaq istəyirdilər. Lakin məsələnin digər tərəfi də var idi. Postsovet məkanında etno-milli, etno-ərazi münaqişələrin alovlandırılması həm də SSRİ-nin dağıdılması strategiyasının bir hissəsi idi. Bu prosesdə istifadə etmək üçün ən "yararlı" xalq kimi ermənilər nəzərdə tutulmuşdur. Sumqayıt hadisələri törədilən zaman hakimiyyətdə SSRİ-nin süquta uğradılması üçün Qərbin təlimatlarına uyğun davranan M.Qorbaçov idi".

E.Mirbəşiroğlu əlavə edib ki, bu təlimatlardan biri də erməniləri SSRİ-nin dağıdılması prosesinə yaxından cəlb etməkdən ibarət idi. Bu baxımdan, M.Qorbaçov erməni separatçılarının "ideoloji atası" funksiyasını öz üzərinə götürmüşdü: "Ətrafına Aqanbekyan, Şahnazarov, Balayan kimi siyasi diversantları, daun sindromlu oyunbazları toplamış qeyri-yetkin M.Qorbaçov Sumqayıt hadisələrinin əsas "dirijoru" idi. Sumqayıtda ermənilər tərəfindən ermənilərə qarşı törədilmiş cinayətin qeyri-obyektiv siyasi-hüquqi qiymətləndirilməsi də Kremldəki ermənilərlə M.Qorbaçovun işbirliyinin nəticəsi idi. Əslində, M.Qorbaçovun rəhbərliyi altında SSRİ-nin dağıdılması prosesinin paslanmış alətinə çevrilmiş ermənilər onlar üçün heç bir mənəvi-insani sərhədin olmadığını nümayiş etdirdilər. Çünki üzdəniraq Eduard Qriqoryanın iki qardaşı ilə birgə Sumqayıtda öz soydaşlarına qarşı törətdikləri vəhşiliklər adamın qanını dondurur. Qurban ermənilər qismində "Qarabağ komitəsinə" maliyyə yardımı etməyənlər seçilmişdir. Təsadüfi deyil ki, Sumqayıtda öldürülən 26 erməninin heç biri yaradılma məqsədinin Dağlıq Qarabağın Azərbaycandan qoparılması olan separatçı "Qarabağ komitəsinə" pul ödəmirdi. Separatçı "Qarabağ komitəsinə" dəstək olmayan ermənilərin seçilərək öldürülməsi azərbaycanlıların nəyinə gərək idi?!"

Politoloq qeyd edib ki, Qriqoryan və onun cinayətkar dəstəsi Sumqayıt ermənilərini öldürməklə kifatyətlənməyərək, həm də onların evlərini qarət etdirdilər: "İstintaq qrupunun üzə çıxardığı çoxsaylı faktlar göstərir ki, azərbaycanlılar öz həyatını təhlükəyə ataraq Sumqayıtda ermənilərin ermənilərə qarşı törətdikləri qətliamın miqyasını azalda bilmişlər. Çoxsaylı Sumqayıt erməniləri erməni zorakılığından, terrorundan qorunmaq üçün azərbaycanlı ailələrində sığınacaq almışlar. İstintaq zamanı ifadə vermiş ermənilər etiraf edirdilər ki, onları özlərindən azərbaycanlılar qoruyurdular. Buna baxmayaraq, şahid ifadələri M.Qorbaçovun göstərişi ilə saxtalaşdırılmışdır, işə qeyri-obyektiv baxılmışdır. Bütün dəlillər, bütün əlamətlər dəqiq göstərirdi ki, Sumqayıt hadisələri M.Qorbaçovun rəhbərliyi altında Moskvada hazırlanmışdır. Məqsəd artıq qeyd edildiyi kimi, uzun sürəcək münaqişə ocağının yaradılması idi. Ermənilər növbəti dəfə iyrənc alət funksiyasını məharətlə yerinə yetirdilər. Ermənilər effektiv provokasiya alətidir. Bu, tarixən öz təsdiqini tapmış həqiqətdir".

E.Mirbəşiroğlu bildirib ki, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sumqayıt hadisələrinin yenidən araşdırılmasına başlanılmışdır. Nəticələr bir daha sübut etdi ki, Sumqayıt hadisəsi M.Qorbaçov və onun ətrafındakı erməni şovinistləri tərəfindən "səhnələşdirilmişdir". Ümumiyyətlə, Sumqayıtda, Oşda, Fərqanədə etnomilli zəmində təxribatların törədilməsi təlimatları eyni mərkəzdən gəlmişdir. Hesab edirik ki, təlimatlar Qərbdə hazırlanmışdır, Kremldən isə koordinasiya edilirdi. Bu dağıdıcı və qanlı proseslərdə ermənilər pislik ilahəsi rolunda çıxış edirdilər. Orta Asiya respublikalarında da analoji hadisələrin törədilməsində SSRİ DTK-nin agenti olan Sarkisyanın böyük rolu olmuşdur. Beləliklə, 1988-ci il fevralın 27-29-da Sumqayıtda yaşayan ermənilərə qarşı ermənilərin özləri tərəfindən cinayət törədildi. Əslində, özlərinə qarşı qətliam törədən ermənilər alət kimi növbəti dəfə istifadə olundu. Görünür, beynəlxalq ictimai şüurda ermənilərin bu "keyfiyyəti" haqqında təsəvvürlər kifayət qədər möhkəmlənib. Nə vaxt təxribatlar, terror, diversiya törətmək lazım gəlirsə, ermənilər yada düşür. Onlardan hətta özlərinə qarşı da rahatlıqla istifadə etmək mümkündür. Bunu Sumqayıt hadisələri sübut etdi".

Mİlli.Az

Eldar Əzizov sürüşmə baş verən əraziyə getdi like
  • 25 Noy 10:31  
Digərləri Eldar Əzizov sürüşmə baş verən əraziyə getdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibihe

arrow Ətraflı
Yol polisindən vacib XƏBƏRDARLIQ - Əks halda 40 manat cərimə like
  • 25 Noy 10:30  
Digərləri Yol polisindən vacib XƏBƏRDARLIQ - Əks halda 40 manat cərimə

Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının gör

arrow Ətraflı
Dələduzluq və rüşvətə təhriketmədə təqsirli bilinən sabiq polis kassasiya şikayəti verib like
  • 25 Noy 10:28  
Sosial Dələduzluq və rüşvətə təhriketmədə təqsirli bilinən sabiq polis kassasiya şikayəti verib

Rüşvətə təhriketmə və dələduzluqda təqsirli bilinən sabiq polis əmə

arrow Ətraflı
Müsavat funksioneri jurnalisti hədələdi, jurnalist isə ortaya yeni FAKT qoydu like
  • 25 Noy 10:28  
Digərləri Müsavat funksioneri jurnalisti hədələdi, jurnalist isə ortaya yeni FAKT qoydu

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı mühacir alveri qalmaqa

arrow Ətraflı
Suraxanıda avtomobil yoldan çıxaraq aşdı  VİDEO  FOTO like
  • 25 Noy 10:27  
Digərləri Suraxanıda avtomobil yoldan çıxaraq aşdı VİDEO FOTO

Bakının Suraxanı rayonunda avtomobil aşıb.

arrow Ətraflı
Bakıda torpaq sürüşməsinə görə su kəsildi like
  • 25 Noy 10:24  
Digərləri Bakıda torpaq sürüşməsinə görə su kəsildi

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçə

arrow Ətraflı
Deputatlar büdcəni müzakirə edəcəklər like
  • 25 Noy 10:23  
Digərləri Deputatlar büdcəni müzakirə edəcəklər

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

arrow Ətraflı
"UniCredit" "Yapı Kredi Bank"dakı payını azaldır like
  • 25 Noy 10:22  
İqtisadiyyat "UniCredit" "Yapı Kredi Bank"dakı payını azaldır

İtaliyanın maliyyə şirkəti - "UniCredit" Türkiyənin "Yapı Kredi Bank"lı

arrow Ətraflı
Sürüşmə baş verən əraziyə dövlət rəsmiləri gəlib like
  • 25 Noy 10:22  
Digərləri Sürüşmə baş verən əraziyə dövlət rəsmiləri gəlib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibihe

arrow Ətraflı
Bakıda torpaq sürüşməsinə görə su kəsildi like
  • 25 Noy 10:20  
Digərləri Bakıda torpaq sürüşməsinə görə su kəsildi

Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli s

arrow Ətraflı
Bibiheybət məscidi yaxınlığında növbəti torpaq sürüşməsi: like
  • 25 Noy 10:18  
Digərləri Bibiheybət məscidi yaxınlığında növbəti torpaq sürüşməsi:

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torp

arrow Ətraflı
Azərbaycanda daha bir universitet tələbəsi like
  • 25 Noy 10:15  
Digərləri Azərbaycanda daha bir universitet tələbəsi

Şəkidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dərmandan z

arrow Ətraflı
Bakıda "StartupFest 2019”un açılış mərasimi keçirilib like
  • 25 Noy 10:14  
İqtisadiyyat Bakıda "StartupFest 2019”un açılış mərasimi keçirilib

Bu gün "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq

arrow Ətraflı