Dələduzluq və rüşvətə təhriketmədə təqsirli bilinən sabiq polis kassasiya şikayəti verib


Sosial 25 Noy 2019 10:28:45 435 0

Dələduzluq və rüşvətə təhriketmədə təqsirli bilinən sabiq polis kassasiya şikayəti verib

Rüşvətə təhriketmə və dələduzluqda təqsirli bilinən sabiq polis əməkdaşı Zakir Məmmədov barəsindəki hökmdən kassasiya şikayəti verib

Rüşvətə təhriketmə və dələduzluqda təqsirli bilinən sabiq polis əməkdaşı Zakir Məmmədov barəsindəki hökmdən kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrlik etdiyi cinayət kollegiyası tərəfindən araşdırılacaq.

Qeyd edək ki, Z.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilən şikayəti təmin edtməyib.

İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edərək, həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb həmin vaxt Səbail Rayon Polis İdarəsinin müstəntiqi olan Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb, daha sonra isə ölkədən qaçıb.

E.Xəlilov həbsdən çıxandan sonra hüquq-mühafizə orqanlarına şikayəti əsasında Z.Məmmədov barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34,312 (rüşvət verməyə təhriketmə) maddələri ilə ittiham veriulib.

E.Xəlilov iş üzrə şahid qismində tanınıb.