Metroda yenə problem:


Digərləri 25 Noy 2019 09:24:00 351 0

Metroda yenə problem:

Bakı metrosunda qatarda bu gün də problem yaranıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 08:30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib: "Maşinist qatarda nasazlıq ehtimal edib və qatara əlavə baxış keçirib. Nəticədə 4 dəqiqə yubanma olub".

Hazırda intervalın bərpası ilə bağlı tədbirlər görülür.

Qeyd edək ki, bu gün metroda yaranmış problem səbəbindən qatarlar 8 dəqiqə gecikib. Nəticədə stansiyalarda böyük sıxlıq yaranıb.