Deputatlar bu gün 2020-ci ilin dövlət büdcəsini təsdiq edəcək


Digərləri 25 Noy 2019 09:35:35 284 0

Deputatlar bu gün 2020-ci ilin dövlət büdcəsini təsdiq edəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Bakı. Elçin Mehdiyev – Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, deputatlar 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələləri müzakirə edəcək. Ümumilikdə iclasın gündəliyinə 20-dən artıq məsələ daxildir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin