Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib


Digərləri 25 Noy 2019 09:23:41 365 0

Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb

Bakı. Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Elektrik sayğacının, kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin