Bakı "Hyundai" yol kənarına aşıb, ölən var


Digərləri 25 Noy 2019 09:05:00 392 0

Bakı "Hyundai" yol kənarına aşıb, ölən var

Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.