Antoniu Quterreş Kabildə BMT əməkdaşlarına hücumu pisləyib


Dünya 25 Noy 2019 08:38:14 301 0

Antoniu Quterreş Kabildə BMT əməkdaşlarına hücumu pisləyib

​Antoniu Quterreş Kabildə BMT əməkdaşlarına hücumu pisləyib

BMT-nin baş katibi Antoniu Quterreş Əfqanıstanın paytaxtı Kabil şəhərində beynəlxalq təşkilatın əməkdaşlarına 1 nəfərin ölümü, daha 5 nəfərin xəsarət alması ilə nəticələnən hücumu pisləyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Baş katib Əfqanıstan hakimiyyətini cinayətkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün bütün səylərini ortaya qoymağa çağırır. O, BMT-nin Əfqanıstan hökumətinə, xalqının sülhə və ədalətə cəhdində kömək etməkdə sədaqətini təsdiq edib", - deyə BMT baş katibinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabilin mərkəzində BMT-nin avtomobili partladılıb. Hadisə zamanı azı 1 nəfər həlak olub. Partlayış nəticəsində həmçinin daha 5 nəfər yaralanıb.