Kənd Təsərrüfatı Nazirliyi Çindən 1 milyon tut tingi gətirəcək


Digərləri 25 Noy 2019 08:07:00 315 0

Kənd Təsərrüfatı Nazirliyi Çindən 1 milyon tut tingi gətirəcək

Kənd Təsərrüfatı Nazirliyi Çindən 1 milyon ədəd tut tingi gətirəcək.

Son.az bildirir ki, Trend-in Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, bu tinglər iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür.

Ümumilikdə, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib.

Tut bağlarının sahəsini artırmaq, olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla il ərzində barama istehsalının həcmini artırmağa imkan verəcək. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu Şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz töhfəsini verəcək.