Britaniyadakı polşalı miqrantlar Brexitdən sonra öz ölkələrinə qayıtmağa başlayıblar


Dünya 25 Noy 2019 06:30:00 308 0

Britaniyadakı polşalı miqrantlar Brexitdən sonra öz ölkələrinə qayıtmağa başlayıblar

Böyük Britaniyada çalışan polşalı işçi miqrantlar Brexitdən sonra tədricən öz Vətənlərinə qayıtmağa və ya Almaniyaya üz tutmağa başlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Böyük Britaniyada 695 min polşalı yaşayır. "Brexit"dən sonra 98 min polyak öz ölkəsinə qayıdıb. Onlar bunu ölkələrindəki artan iqtisadi inkişafla izah ediblər.

2006-cı ildən Böyük Britaniyaya işləməyə gedən polşalılar hazırda statuslarının nə olacağını bilmədiklərindən narahatdırlar. Polşaya qayıdanların əksəriyyəti isə orada qazandıqları pul ilə ölkədəki gəlirlərinin alıcılıq dəyərinin eyni olduğunu əsas gətirirlər. Həmçinin onlar qayıtmalarının digər səbəbi kimi övladlarının milli ənənələrə bağlı böyüməsini istədiklərini qeyd ediblər.