ABŞ-da partlayış olub, ölənlər və xəsarət alanlar var


Dünya 25 Noy 2019 05:24:29 409 0

ABŞ-da partlayış olub, ölənlər və xəsarət alanlar var

​ABŞ-da partlayış olub, ölənlər və xəsarət alanlar var

ABŞ-da yaşayış evində partlayış olub.

"Report" xəbər verir ki, bu barədə"Associated Press" polisə istinadən xəbər verib.

Məlumata görə, hadisə Kentukki ştatının Kempton şəhərində qeydə alınıb. Partlayış nəticəsində 2 nəfər həlak olub. Onların meyitləri evin zirzəmisindən tapılıb. Hadisə zamanı daha4 nəfər yaralanıb.

Bildirilir ki, hadisə yerində yanğın başlayıb. Partlayışın başvermə səbəbi məlum deyil.