Bakıda sürüşmənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib - FOTO


Sosial 25 Noy 2019 05:16:59 333 0

Bakıda sürüşmənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib - FOTO

​Bakıda sürüşmənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib

© Foto/Ramin Şahbazov

Bakıda yolda sürüşməsinin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report"un məlumatına görə, sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb.

Hadisə ilə əlaqədar yol bağlanıb. Əraziyə nəzarət gücləndirilib, sürüşmə zonası əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.

Qeyd edək ki, avtomobillərin hərəkəti köhnə yol ilə "20-ci Sahə" adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Ramin Şahbazov

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək