Varnada 1600 il tarixi olan hamamlar aşkarlanıb


Digərləri 25 Noy 2019 04:30:00 337 0

Varnada 1600 il tarixi olan hamamlar aşkarlanıb

Bolqarıstanda arxeoloqlar eramızın V-VI əsrlərinə aid ictimai hamamlar aşkarlayıblar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, arxeoloqların Varnada ikinci belə tapıntısıdır. Bundan əvvəl onlar II əsrə aid Roma hamamlarını üzə çıxarıblar.

Varnanın indiki ərazisində Odessos yunan koloniyası mövcud olub. Yeni tapıntı Odessos bölgəsinə aid hamamların məhz II əsrdə, kiçik hamamların isə üç əsr sonra inşa olunduğunu sübut edir.