Konqoda baş verən təyyarə qəzasında ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB


Dünya 25 Noy 2019 03:37:00 424 0

Konqoda baş verən təyyarə qəzasında ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Konqo Demokratik Respublikasında kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 24 nəfər ölüb

Konqo Demokratik Respublikasında kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Actualite" portalı məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində ölənlərin sayı29 nəfərə çatıb. Portal bildirib ki, hadisə zamanı həmçinin daha 16 nəfər xəsarət alıb.

Təyyarənin göyərtəsində 17 sərnişin və iki heyət üzvü olub.Qeyd edək ki, “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə havaya qalxdıqdan bir müddət sonra Qoma şəhərindəki yaşayış evlərinin üzərinə düşüb.

***17:50

Konqo Demokratik Respublikasında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb. Təyyarənin göyərtəsində 17 sərnişin və iki heyət üzvü olub.

Qeyd olunub ki, “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə havaya qalxdıqdan bir müddət sonra Qoma şəhərindəki yaşayış evlərinin üzərinə düşüb.

Ölənlər arasında mülki vətəndaşların da olduğu deyilir. Qəza nəticəsində baş verən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.