Ölüyə niyə qüsl vermək lazımdır?


Digərləri 24 Noy 2019 23:55:00 326 0

Ölüyə niyə qüsl vermək lazımdır?

Əhkamda meyitlə bağlı olan ən mühüm məsələ - ona qüsl verməkdir. Belə görünür ki, bu işin hikməti vardır.

Bəzi hədislər bizləri bu hikmət ilə tanış etmişdir ki, onlara müraciət edək.

İmam Baqirə (ə) sual verirlər ki, niyə meyyitə qüsl verilir? Həzrət (ə) buyurur: "Çünki (ölən zaman) xəlq olduğu nitfə ondan xaric olar".

İmama bu sualı bir də verəndə bu cür cavablandırmışdır: "Ölüyə ona görə qüsl verirlər ki, cünubdur. Bir də ona görə ki, mələklərlə görüşən zaman pak olsun. Meyitə qüsl verən isə möminlərlə görüşdüyü üçün gərək qüsl alsın ki, onlarla təharətli halda qarşılaşsın".