Tanış olun: Mitsubishi MiTec FOTO


Digərləri 24 Noy 2019 23:58:00 315 0

Tanış olun: Mitsubishi MiTec  FOTO

Mitsubishi şirkəti Tokyoda keçirilən avtosalona üç yeni kensept ilə qatılıb. Yeni konseptlər yapon markasının elektrikləşmə üzrə planlarından, həmçinin gələcək krossover və şəhər key-karlarına olan baxışından söhbət açırlar.

İlk konsept olan Mi-tech modeli şirkət tərəfindən "istənilən işıqlandırma səviyyəsinə malik olan  istənilən yol örtüyündə idarəetmədən görülməmiş həzzi təmin edəcək" avtomobil kimi səciyyələndirilir. Elektrik baggisi mis haşiyələri olan açıq-mavi rəngə boyanıb. Ön və arxa bamperlərin aşağı hissələrində alüminiumdan örtmələr, yan tərəflərdə isə kapota qədər uzanan geniş plastik qanadlar yerləşdirilib.

Son.az autograph.az-a istinadən bildirir ki, altıbucaqlı formasınada olan arxa hissədə qanadlara qədər uzanan T-şəkilli fənərlər quraşdırılıb. Avtomobilin salonu da açıq-mavi rəngə malikdir, həmçinin alüminiumdan hazırlanmış və mis rənginə boyanmış dekor elementləri ilə bəzədilibdir. Mərkəzi konsolda klaviaturanı xatırladan qeyri-adi düymələri görmək olar. Avtomobilin alın şüşəsi isə proyektor və optik vericilər ilə təchiz edilibdir. Bu vericilər ətrafdakı vəziyyəti təhlil edərək avtomobil, yol və hərəkət şərtləri barədə məlumatı alın şüşəsində tamamlanış reallıq formatında əks etdirir.