Azərbaycanda mebel istehsalı


Digərləri 24 Noy 2019 23:35:00 425 0

Azərbaycanda mebel istehsalı

Azərbaycanda mebel istehsalı artıb.

Son.az fed.az-a istinadən bildirir ki, ötən ilin yanvar-oktyabr ayı ilə müqayisədə bu il mebel istehsalı 29,5% artıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında 85405,4 min manatlıq mebel istehsal edilib.

Artan yalnız mebel istehsalı olmayıb. Həmçinin  kompüter, elektron və optik  məhsulların istehsalı da artıb. Belə ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu il qeyd edilən sahədə artım 37,1% təşkil edib. Məlumat çünü bildirək ki, bu il göstərilən tarixlərdə 59342,0 min manatlıq kompüter, elektron və optik  məhsulların istehsal olunub.