Skoda Kamiq GT modelinin eskizini dərc edib FOTO


Digərləri 24 Noy 2019 23:01:00 347 0

Skoda Kamiq GT modelinin eskizini dərc edib  FOTO

Skoda şirkəti kupeşəkilli Kamiq GT seriya krossoverinin tizerini dərc edib. Yeni krossover 4 noyabr tarixində təqdim olunmalıdır. Model yalnız Çin bazarında satılacaqdır.

Kupeşəkilli krossoverin dizaynı artıq sirr deyil - rəsmi eksizlərindən öncə, avtomobilin Çinin Sənaye nazirliyinin məlumatlar bazasında dərc edilmiş şəkilləri peyda olub. Adi Skoda Kamiq modeli kimi, GT modeli də Rapid liftbekinin PQ25 platformasında inşa edilib. Xatırladaq ki, Avropada satılan eyni adlı model MQB modul platformasına əsaslanır.

Son.az autograph.az-a istinadən bildirir ki, Skoda Kamiq GT modelinin qabarit uzunluğu 4409 mm, eni - 1781 mm, təkər bazası isə 2610 mm təşkil edir. Ölçülərinə görə yeni krossoveri başqa bir kupe-krossover - Renault Arkana ilə müqayisə etmək olar. Fransız markasının modeli 136 mm uzun və 39 mm enli, təkər bazası isə 111 mm genişdir.