Namazın salamlarının mənası nədir?


Digərləri 24 Noy 2019 22:50:00 309 0

Namazın salamlarının mənası nədir?

Əmirəl-mömininə (ə) sual verirlər ki, namazın salamlarından olan "Əssəlamu-əleykum"un mənası nədir?

Həzrət Əli (ə) buyurur: "O zaman ki, "Əssəlamu-əleykum"u, hamıya xitab edərək deyərsiniz, mənası bu olar ki, hamınız Qiyamət günü Allahın əzabından amandasınız".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər bir namazın sonunda deyilən salamın mənası amanda olmaq deməkdir. Yəni, o kəs ki, Allah Təalanın əmrini yerinə yetirər, müti və təvazökar halda Allahın Peyğəmbərinin (s) sünnətinə əməl edər - o dünya bəlasından və axirət əzabından amanda qalar".

Namazın salamlarının mənası:

1. Birinci salamın mənası budur ki, salam olsun sənə, ey Peyğəmbər (s), Allahın rəhmət və bərəkəti sənə olsun!

2. İkinci salamın mənası budur ki, aləmlərin Allahı tərəfindən namazqılanlara və Onun bütün yaxşı bəndələrinə salam olsun.

3. Üçüncü salamın mənası budur ki, Allahın salamı, rəhməti və bərəkəti siz möminlərə olsun!