Bibiheybət məscidindən şəhər istiqamətinə yolda hərəkət müvəqqəti məhdudlaşdırıb


Digərləri 24 Noy 2019 22:47:00 363 0

Bibiheybət məscidindən şəhər istiqamətinə yolda hərəkət müvəqqəti məhdudlaşdırıb

Bakıda yolda sürüşmə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bildirilir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.