Türkiyədə vergi borcu olanların


Digərləri 24 Noy 2019 21:25:00 308 0

Türkiyədə vergi borcu olanların

Türkiyədə vergi borcu olanların əmlakı müsadirə olunacaq.

Son.az fed.az-a istinadən bildirir ki, Türkiyə Gəlir İdarəsi (GİB) vergi borcu olanlar üçün yeni layihəyə - elektron girov (e-girov) tətbiqinə başlayıb. Və ilin sonunadək bu yenilik ölkədəki bütün vergi idarələrinə istifadəyə veriləcək.

Eləcə də bax: Türkiyədə 4 milyon nəfər borcunu qaytara bilmir - "KREDİT AMNİSTİYASI" TƏKLİFİ Dövlətin vergi borclarının toplanması üçün hazırlanan bu layihə vasitəsilə borcluların müştərisi olduğu banklara da bildiriş göndəriləcək.

Öz növbəsindən banklar vaxtı keçmiş borcu olan müştərilərin hər cür qiymətli kağızlarını, debitor borclarını və hüquqlarını pula çevirməli və vergi idarəsinin hesablarına köçürməlidir.