Tramp Talibanla danışıqların bərpa olunduğuna işarə edib


Dünya 24 Noy 2019 21:34:00 289 0

Tramp Talibanla danışıqların bərpa olunduğuna işarə edib

ABŞ prezidenti Donald Tramp Əfqanıstanda Taliban qiyamçıları ilə danışıqların bərpa olunduğunu bildirib və Amerika qoşunlarını ölkədən çıxarıcağına dair vədləri yeniləyib.

"Biz hazırda Talibanla razılıq üzərində işləyirik. Görək, nə olacaq" - deyə, Tramp cümə günü "Fox and Friends" verilişinə telefon zəngi zamanı söyləyib. O əlavə məlumat verməyib.

Məhbus mübadiləsi

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Trampın bu sözləri bazar ertəsi baş verən məhbus mübadiləsindən sonraya təsadüf edib. ABŞ-ın dəstəklədiyi Əfqanıstan höküməti Talibanın bir amerikalı və bir avstraliyalı professoru azadlığa buraxması müqabilində qiyam qrupunun üç yüksək səviyyəli üzvünü sərbəst buraxıb. Bundan əlavə Taliban "xoş niyyətinin nişanı" olaraq 10 əfqan əsgərini də azadlığa buraxıb.

2016-cı ildən bəri girov kimi saxlanılan amerikalı Kevin Kinq və avstraliyalı Timotik Viksin sərbəst buraxılmasının ABŞ-Taliban danışıqlarının bərpasına gətirib çıxaracağı gözlənilirdi.

"Ümid edək ki, bu, sülh danışıqlarında uzun zamandır davam edən bu müharibəyə son qoyacaq atəşkəs kimi müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq"- deyə, Tramp çərşənbə axşamı Qərbli girovların sərbəst buraxılmasından sonra yazmışdı.

Taliban ABŞ-la danışıqların bərpa olub-olunmadığına dair dərhal reaksiya verməyib.

Sentyabr danışıqları