İraq təhlükəsizlik qüvvələri tərəfindən 5 etirazçı öldürülüb


Dünya 24 Noy 2019 21:36:00 319 0

İraq təhlükəsizlik qüvvələri tərəfindən 5 etirazçı öldürülüb

İraq polisi və tibb işçilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda etirazlar zamanı nümayişçilərə atəş açması nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb. Bağdad və İraqın cənubundakı şəhərlərdə artıq həftələrdir etirazlar davam edir.

Etirazçılar gecə Bəsrə yaxınlığında yerləşən əsas liman şəhəri olan Umm Qəsrdəki üç körpüdə toplaşıb. Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün onlara güllə atıb və gözyaşardıcı qazdan istifadə edib.

50-dən çox insanın şəhərdə toqquşmalar zamanı güllə yarası aldığı bildirilir. Tibb işçilərinin verdiyi məlumata görə, yaralananlardan bəzisinin vəziyyəti ağırdır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, etirazçılar təhlükəsizlik qüvvələrindən şəhərdə hökumət qüvvələri tərəfindən onların limana daxil olmasının qarşısını almaq üçün bloklanan yolları açmağı tələb edib.

Liman rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri cümə günü limanın girişini bloklayan və sonradan girişi yenidən açan etirazçıları dağıtmaq üçün güc tətbiq edib.