İnsan öz iradəsini necə gücləndirə bilər?


Digərləri 24 Noy 2019 21:15:00 338 0

İnsan öz iradəsini necə gücləndirə bilər?

Ayətullah Cavadi Amuli, İmam Sadiqin (ə) mübarək dilindən bizlərə iradəni gücləndirməyin yollarını bəyan etmişdir ki, onlarla tanış olaq.

1. Hər bir halda sadiq olun. İmam Sadiq (ə) buyurur: "Söz deməzdən əvvəl sədaqətin ədəbini öyrənin. İstər söz nəzəri mövzulara aid olar - haqqı deyin. İstərsə də əmələ aid olar - sadiq olun. O zamana qədər ki, insan sədaqətin dəyərini bilməz - sədaqətə agahlığı olmaz. O kəsin ki, sədaqətə agahlığı olmaz - danışmağın meyarı ixtiyarında olmaz. Nə danışa bilər, nə də natiqlərin sözlərinə dəyər verə bilər. Çünki sözün meyarı - sədaqətdir.

Bu sədaqət insan canı ilə qarışmışdır. O zamana qədər ki, ruh sadiq olmaz, insan heç bir zaman sözün dəyərini bilməz. Sədaqət həmin haqdır. Haqqı tanıyan isə ağıldır".

Əgər sədaqətli olsanız, iradəniz güclənər və imanınız artar.

2. İradə və bədən. İmam Əli (ə) buyurur: "Mən Xeybərin qapısını bədən gücümlə qopartmadım. İradənin qüdrəti ilə qapını yerindən qopartdım". Əziz İmam (ə) buyurur ki, əgər insanın iradəsi güclü olarsa, bədəni də güclənər. Bu, ruhun gücüdür ki, bədəni güclü edir. Ona görə də ruhunuzu gücləndirin ki, iradəniz də güclü olsun.

3. Günahdan uzaq olmaq. Son.az deyerler.org-a istinadən bildirir ki, günahkar insan etdiyi günahın əsiri olar və əsir olduğu üçün zəlil olar. Hər kim istər özünə və istərsə də başqasına zülmü rəva bilibdirsə, o, alçaq insandır və alçaq insan iradədən məhrum olar. Ona görə də İmam Sadiq (ə) buyurur ki, zalım - alçaqdır.

Zillət zülm etməkdə özünü göstərər, izzət isə itaətdə.