Həsədin paxıl insana vurduğu 6 ziyan


Digərləri 24 Noy 2019 20:40:00 289 0

Həsədin paxıl insana vurduğu 6 ziyan

Həsəd - o rəzil sifətlərdəndir ki, insanı uçuruma tərəf aparar və hətta dinindən döndərər. Həsəd başqalarına ziyan vurduğu kimi, sahibinə də dəhşətli ziyan vurar. Onlarla tanış olaq:

1. Həsəd imanı aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: "Həsəd imanı məhv edər". Bu cür insan belə hesab edər ki, Allah (nəuzubillah!) ədalətsizdir və başqalarına verdiklərindən ona verməmişdir. Ona görə də bu əqidədə olan insan imanını itirər.

2. Həsəd bütün yaxşılıqları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: "Həsəd yaxşılıqları yeyər və aradan aparar, necə ki, atəş odunu yeyər və aradan aparar".

3. Həsəd insanı cismi və ruhi xəstəliklərə düçar edər. Belə bir insanın hüzuru olmaz. İmam Əli (ə) buyurur: "Həsəd bədəni suya çevirər". "Həsəd aparan insan davamlı olaraq xəstə olar".

4. Həsəd tənhalığa səbəb olar. Belə bir insan dostlarını əldən verər və hamı ondan uzaq olmağa çalışar. İmam Əli (ə) buyurur:"Həsəd aparan insanın dostu olmaz".