Bakıda 53 yaşlı kişi yol qəzasında xəsarət alıb


Sosial 24 Noy 2019 20:37:57 457 0

Bakıda 53 yaşlı kişi yol qəzasında xəsarət alıb

​Bakıda 53 yaşlı kişi yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Qobustan qəsəbəsində baş verən hadisə zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 1966-cı il təvəllüdlü Əliyev Elxan Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

E.Əliyev təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, döş qəfəsinin küt travmasi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov