Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirilib


Digərləri 24 Noy 2019 20:27:22 262 0

Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirilib

Bakıda 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib

Bakı. Bakıda 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək. (adsgarden = window.adsgarden || []).push({}); Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin