Gəncədə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTO


Sosial 24 Noy 2019 20:05:00 427 0

Gəncədə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTO

Gəncə şəhərində 2 avtomobil toqquşub.

© Foto: "Report"

Gəncədə 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"unQərb Mərkəzixəbər verir ki, bunlar Gəncə şəhər sakinləri - 1980-ci il təvəllüdlü Rövşən Əhmədov, 1995-ci il təvəllüdlü Amil Abdullayev, 1994-cü il təvəllüdlü Amil Tağıyevdir. Qəza nəticəsində daha bir nəfər də xəsarət alıb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

***19:30

Gəncə şəhərində 2 avtomobil toqquşub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin "Xan bağı" yaxınlığında qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək