Yaxşı həyat yoldaşı olan kişi hansı sifətlərə malik olmalıdır?


Digərləri 24 Noy 2019 20:15:00 468 0

Yaxşı həyat yoldaşı olan kişi hansı sifətlərə malik olmalıdır?

İslamın nəzərinə görə, qadın da kişi kimi gələcək həyat yoldaşının əxlaqi və əqidə mövzularını evlənməzdən əvvəl araşdırmalıdır. Necə ki, hədislərimiz qadınların ailədəki rəftarından və əxlaqından xəbər verir, eyni zamanda kişilərin də ailədə hansı sifətlərə malik olmasını bəyan edir. Yəni, necə ki, kişi layiqli qadınla evlənmək istəyir, eləcə də qadın da istəyir ki, gələcək həyat yoldaşı əxlaqlı və ədəbli bir insan olsun. Onu başa düşsün, yaxşı və pis günlərində yanında ola bilsin.

Dinimizin nəzərinə görə yaxşı həyat yoldaşı olan kişilərdə hansı sifətlər olmalıdır?

1. Təqvalı olmalıdır. Gələcək həyat yoldaşını seçən qadın, kişinin ilk olaraq dininə sadiq olmasına və təqvalı olmasına diqqət göstərməlidir. Həzrət Peyğəmbər (s) buyurur: "İstəyirsinizmi sizləri ən yaxşı kişilər ilə tanış edim?".

Deyirlər: "Bəli".

Həzrət (s) buyurur: "Həqiqətən, sizlərin ən üstünü o kişidir ki, təqvalı, pakizə... olsun. ..."

2. İffətli olmalıdır. Dinimizin nəzərinə görə necə ki, qadın iffətli və pakətəkli olmalıdır, eyni tövsiyə kişilərə də aiddir. İmam Sadiq (ə) buyurur: "(Həyat yoldaşlarının) eyni səviyyədə olmasının şərti budur ki, iffətli olsun və ailəsinin xərcini ödəyə bilsin".

3. Dindar olmalıdır. Hər kim dindar olar, Allahın sərhədlərini pozmaq istəməz. Din qoymaz ki, kişi dinin əleyhinə olan işlərlə məşğul olsun.