Hyundai gələcəyin yük avtomobilini təqdim edib FOTO


Digərləri 24 Noy 2019 20:01:00 330 0

Hyundai gələcəyin yük avtomobilini təqdim edib  FOTO

Atlantada keçirilən kommersiya nəqliyyatı sərgisində Hyundai şirkəti HDC-6 Neptune adlı hidrogen magistral yedəkçisini və təcrübi HT Nitro ThermoTech qoşqu-soyuducusunu təqdim edib. Bu konseptlər Cənubi Koreya istehsalçısının gələcək yük avtomobillərinə olan baxışını nümayiş etdirir.

Təqdimat zamanı Hyundai şirkətinin baş dizayneri Lyuk Donkervolke yanacaq elementləri ilə çalışan güc qurğusu sayəsində, dizaynerlərin yük avtomobilinin klassik quruluş və arxitekturasına yenidən nəzərdən keçirdiklərini bildirib.  Yeri gəlmişkən, Hyundai HDC-6 Neptune yükgötürmə qabiliyyətinə görə amerikan təsnifatında olan ən yüksək səkkizinci sinifə aiddir.

Son.az autograph.az-a istinadən bildirir ki, "Neptunun" qeyri-adi görkəmi XX əsrin sənaye dizayneri Henri Dreyfusun işlərindən ilham alınaraq yaradılıb. Dreyfus öz işlərində gözəllik ilə yanaşı, hər bir detalın praktikliyinə üstünlük verib. Məsələn, traktor üçün radiator barmaqlığını yaradan zaman o zolaqlar arasında böyük məsafə buraxırmış ki, sürücü əlcəkdəki əli ilə radiatoru silə bilsin.

HDC-6 Neptune modelinin görkəminin əsasını 1936-1959-cu illərdə Nyu-York dəmir yolu ilə hərəkət edən qatarların nüsxələri təşkil edib. Onların layihələndirilməsi ilə də Henri Dreyfus məşğul olub. Müasirləri qatarın iti dizaynını dərhal qəbul etməyiblər. Kütlə Dreyfusun rəqibi Raymond Louinin qatarlarının istifadə edilməsini tələb edib. Lakin, vaxt keçdikcə, kütlə qəzəbi mərhəmətə çevirərək ixtiraçının innovasion layihəsini qəbul edib.