Almaniyanın bank sektoru da


Digərləri 24 Noy 2019 20:05:00 421 0

Almaniyanın bank sektoru da

Dünyanın aparıcı reytinq agentliyi olan "Moody's" Almaniyanın bank sistemi ilə bağlı proqnozunu "sabit"dən "neqativ"ə keçirib.

Son.az fed.az-a istinadən bildirir ki, "Moody's"dən verilən açıqlamada bildirilir ki, Almaniyada faizlərin aşağı olması, bankların gəlirlərini və kredit qabiliyyətini azaldır. Agentlik gözləyir ki, qarşıdakı dövrdə faizlərin düşməsi nəticəsində bankların gəlirləri daha da azalacaq.

Bankların durumuna Almaniyanın özünün iqtisadi vəziyyəti də təsir edir. Beynəlxalq iqtisadi böhran səbəbindən Almaniyada bu il 0,6%, 2020-də isə 1% iqtisadi artım gözlənilir. Bura Almaniyanın əsas iqtisadi sahələri olan  avtomobil, kimya, emal və sair aiddir.