Bakıda yol qəzası xəsarət


Digərləri 24 Noy 2019 19:44:00 343 0

Bakıda yol qəzası  xəsarət

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Rayondakı beton zavodunun qarşısında iki avtomobilin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Abdullayev Asəf Hüseyn oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.