Hacıqabulda 27 yaşlı gənc sirkə turşusundan zəhərlənib


Sosial 24 Noy 2019 19:19:18 317 0

Hacıqabulda 27 yaşlı gənc sirkə turşusundan zəhərlənib

​Hacıqabulda 27 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Hacıqabulda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Hacıqabul şəhərində qeydə alınıb.

Şəhərin Bakı küçəsi 10 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Rəsul oğlu sirkə turşusu içərək zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilirb.

Faktla bağlı araşdırma aparılır.