Ruzini azaldan amilləri tanıyaq və aradan aparaq


Digərləri 24 Noy 2019 19:10:00 259 0

Ruzini azaldan amilləri tanıyaq və aradan aparaq

Ruzini azaldan amillərdən bəzilərinə diqqət edək:

1. Günah. İmam Baqir (ə) buyurur: "Bəndə günah edən zaman ruzisi azalar".

2. Zina. İmam Sadiq (ə) buyurur: "Ruzinin azalmasına səbəb olan günah - zinadır".

3. İsraf etmək. İmam Əli (ə) buyurur: "İsraf edən nemətdən məhrum olar".

4. Zəif ibadət etmək. Yəni, ata və ana üçün dua etməmək, namazı yüngül hesab etmək, ibadəti az etmək, məsciddən çıxmağa tələsmək.

5. Başqalarına ehtiramsızlıq etmək.

6. Təmizliyə nəzarət etməmək.

7. Yeməyi cənabətli olan halda yemək.

8. Çörək qırıqlarına ehtiramsızlıq etmək.

9. Evin qabağını yumamaq.

10. Dırnaqları dişlər ilə təmizləmək.

11. Nizamsızlıq.

12. Günəş çıxmazdan əvvəl yatmaq.

13. Məğrib və işa namazları arasında yatmaq.

14. Uzanmış halda yemək yemək.