Biləsuvarda minik avtomobilləri toqquşub


Sosial 24 Noy 2019 18:56:38 278 0

Biləsuvarda minik avtomobilləri toqquşub

​Biləsuvarda minik avtomobilləri toqquşub

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

S.Vurğun küçəsində "Mercedes" markalı minik avtomobili ilə "Niva" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.