İraq Suriya ilə sərhədi gücləndirdi


Dünya 24 Noy 2019 18:56:00 240 0

İraq Suriya ilə sərhədi gücləndirdi

İraq terrorçuların ölkə ərazisinə soxulmasının qarşısını almaq məqsədilə bütün Suriya sərhədi boyunca təhlükəsizlik tədbirlərini gücləndirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

"İraq Sərhəd Mühafizə Komandanlığı terrorçuların girişinin qarşısını almaq üçün Suriya ilə sərhəd zolağı boyunca müdafiə istehkamları qurmağa başlayıb", - məlumatda bildirilib.