Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər


Digərləri 24 Noy 2019 18:10:00 396 0

Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər

Vərəm "Mycobacterium tuberculosis" adlı bakteriyanın səbəb olduğu yoluxucu xəstəlikdir.

Vərəm mikrobu hava ilə ötürülür və müalicəsi mümkündür. Bəs, vərəmin müalicəsində qidalanma necə olmalıdır?

Son.az musavat.com-a istinadən bu xəstəliklə bağlı olan bütün maraqlı detalları təqdim edir:

Diabet, xərçəng xəstəliyinin bəzi növləri və böyrək xəstəlikləri kimi amillərdən qaynaqlanan vərəm, dünyada təxminən bir milyona yaxın insana təsir edən yoluxucu bir xəstəlikdir.

Vətəm  haqqında

Vərəm  ümumiyyətlə, "Mycobacterium tuberculosis" (MTB) bakteriyalarının səbəb olduğu yoluxucu bir xəstəlikdir. Bu xəstəlik ağciyərlərə təsir göstərir, eyni zamanda bədənin digər hissələrinə də öz mənfi təsirini göstərə bilir. Vərəm infeksiyasının iki növü var:

Gizli Vərəm - Bakteriyalar bədəndə təsirsiz qalır. Simptomlara səbəb olmurlar və yoluxucu deyil, lakin aktiv ola bilərlər.

Aktiv Vərəm - Bakteriyalar simptomlara səbəb olur və başqalarına yayıla bilər.

Vərəmin simptomları:

- Üç həftə və ya daha çox davam edən öskürək

- Qan tüpürmək

- Sinə ağrısı (xüsusilə nəfəs alma və ya öskürək ilə)

- Sürətli arıqlama

- Yorğunluq

- Qızdırma

- Gecələr durmadan tərləmə

- Titrətmə

- İştahsızlıq