Gəncədə yataqxanada yanğın:


Digərləri 24 Noy 2019 17:50:27 324 0

Gəncədə yataqxanada yanğın:

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.