ABŞ “Şimal axını2” layihəsini bloklaya bilər


Dünya 24 Noy 2019 17:52:00 329 0

ABŞ “Şimal axını2” layihəsini bloklaya bilər

Amerika Birləşmiş Ştatları Konqresi, "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil etməyi planlaşdırır.

Virtualaz.org "Defence News" nəşrinə istinadən bildirir ki, bunu Senatın Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş deyib.

Riş qeyd edib ki, sanksiyalar qaz kəmərində işləyən tikinti şirkətlərini layihəni tərk etməyə məcbur edə bilər: "Bu onlara çox baha başa gələcək. Düşünürəm ki, bu sanksiyalar keçərsə, şirkətlər bağlanar və Rusiya, əgər bunu edə bilsə, layihəni həyata keçirmək üçün başqa bir yol axtarmalı olacaq".